Çalabyan: Paşinyanın təklifi Ermənistanın zəifliyinin açıq nümayişidir

Hazırkı baş nazir Nikol Paşinyanın hakimiyyəti altında sülhün əldə olunması real deyil.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu revanşist “Ayakve” təşkilatının lideri Avetik Çalabyan deyib.

Onun sözlərinə görə, Paşinyan dövründə sülh bərqərar olarsa, bu, yalnız Ermənistan ordusunun tərksilah edilməsi, Sünikin təslim olması, Ermənistanın azərbaycanlılar tərəfindən məskunlaşdırılması və Ermənistan ərazisinin Türkiyə ilə Azərbaycan arasında kəsişmə nöqtəsinə çevrilməsi şərtləri ilə olacaq.

Çalabyanın fikrincə, Paşinyan fundamental məsələlərdə razılaşmanın mümkün olmadığını etiraf edərkən, artıq öz zəifliyini etiraf edib.

Bu kontekstdə eməni revanşist Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında imzalanmış Əsasnaməyə toxunub. Çalabyan qeyd edib ki, sənəddə hüquqi müəyyənlik yoxdur və delimitasiya məsələsində hansı xəritələrin əsas götürüləcəyi məsələsinə aydınlıq gətirilməyib. Bundan əlavə, Çalabyan sözlərinə əlavə edib ki, ölkələr arasında sərhədin delimitasiyası bundan əvvəl deyil, yalnız sülh bərqərar olduqdan sonra həyata keçirilir. “Əgər sülh bərqərar olunmasa, delimitasiyanın həyata keçirilməsində hər hansı ziddiyyət vəziyyətin gərginləşməsinə səbəb olacaq”, - deyə revanşist siyasətçi qeyd edib.

Musavat.com

05.09.2024 16:45
410