“Çakır” məşhur proqramın aparıcısı oldu

Türkiyədə yayımlanan “Kim milyoner olmak ister?” proqramının aparıcısı dəyişib.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, yeni mövsümdən etibarən verilişin aparıcısı tanınmış aktyor Oktay Kaynarca olacaq.

Qeyd edək ki, proqramın aparıcılığını 5 ildir Kenan İmirzalıoğlu edirdi. O, yeni seriallarda yer almaq istədiyi üçün proqramdan ayrılıb. 

Xatırladaq ki, aktyor Oktay Kaynarca "Kurtlar vadisi" serialında yaratdığı "Çakır" obrazından sonra Türkiyənin ən populyar aktyorlarından biri sayılır.

09.08.2024 21:55
3047