Türkiyənin məşhur modeli Çağla Şikel də Azərbaycana dəstək nümayiş etdirib.
Musavat.com xəbər verir ki, model “İnstagram” hesabında Azərbaycan şəhidləri ilə bağlı paylaşım edərək, yazıb:
“Qəlbim sizinlədir, Azərbaycan xalqı. Başımız sağ olsun”.
Xatırladaq ki, sentyabrın 13-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Təxribatlar zamanı 71 hərbçimiz şəhid olub.