Çad ABŞ-ı hədələdi

Çad Respublikasının hakimiyyət orqanları ABŞ-yə məktub göndərərək, Amerika hərbçilərinin ölkədəki hərəkətləri üçün qayda və şərtləri müəyyən edən təhlükəsizlik sazişinin ləğvi ilə hədələyib.

"Report"un məlumatına görə, bu barədə mənbələrə istinadən CNN televiziya şirkəti xəbər yayıb.

Ndjamenanın bu barədə mesajı ötən həftə rəsmi diplomatik kanallar vasitəsilə müdafiə attaşesinə göndərilib. Məktubda ABŞ hərbçilərinin respublika ərazisini tərk etməsi ilə bağlı birbaşa göstəriş yoxdur, lakin orada deyilir ki, bütün Amerika hərbçilərindən Fransanın Çadın paytaxtındakı bazasını tərk etmələri tələb olunacaq.

19.04.2024 01:35
563