Türkiyədə 8 yaşlı Narin Güranın qətli ilə bağlı istintaq davam edir.
Diyarbəkir Vəkillər Kollegiyasının sədri Nahit Erendən tük ürpədən açıqlama gəlib.
Yarılma zamanı Narinin diş nümunəsinin götürülə bilmədiyini deyən Eren, "Dişləri tökülüb, deformasiyaya uğramışdı" əlavə edib.
Sonuncu dəfə avqustun 21-i saat 15.15-də təhlükəsizlik kamerasına düşən və 19 gün sonra dərə yatağında cansız cəsədi tapılan Narin Güranın (8) qətli ilə bağlı araşdırma hələ də davam edir.
Narinin anası Yüksel Güranın ağız və dişlərinin maketi çıxarılıb.
Ana Yüksel Gürandan alınan və daha əvvəl Narindən götürülən ağız, diş maketləri İstanbul Ədliyyə Tibb Qurumuna göndəriləcək və Narinin böyük qardaşı Enes Güranın qolundakı dişləmə izi ilə müqayisə ediləcək./BAKU.WS