Bütün dünyadan tələb edirik ki, səsimizə səs versinlər - İtkin düşən tankçının qızı

Ermənistandan yox, biz bunu bütün dünyadan tələb edirik ki, bizim səsimizə səs versinlər.

Bunu əslən Şuşa şəhərindən olan Leyla Tofiqqızı Birinci Qarabağ müharibəsində doğmaları itkin düşmüş şəxslərin Qarabağa səfəri zamanı Trend-ə açıqlamasında deyib.

O, səfərin əhəmiyyətini xüsusi qeyd etdikdən sonra o öz atası ilə bağlı məlumatları və tələblərini dilə gətirib:

"1994-cü ildə atam bu torpaqlarda itkin düşüb. Tankçı olub. Biz şuşalıyıq. Şuşaya dəfələrlə getmişəm. Amma Ağdam, Xocalı - bu ərazilərdə ilk dəfədir oluram və buranın aurası çox başqadır. Bura tamamilə fərqlidir. Ümumiyyətlə, Ermənistandan yox, biz bunu bütün dünyadan tələb edirik ki, bizim səsimizə səs versinlər. Düzdür, bu yaxınlarda bir konfrans keçirildi. Prezidentimiz də bizim səsimizə səs verdi. Ermənistan bizim səsimizi eşitməlidir və bizim itkinlərin məlumatlarını, onların bəlli yerlərini deməlidir".

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində doğmaları itkin düşmüş və hələ də onların taleləri barədə heç bir məlumatı olmayan bir qrup şəxsin işğaldan azad olunmuş ərazilərə səfəri təşkil edilib. 40 nəfərlik heyət Ağdam və Xocalı Şəhidlər xiyabanını, Xankəndi və Şuşa şəhərlərini ziyarət ediblər.

16.10.2024 12:24
618