“Bütün dərdlərimizin səbəbi odur ki...” - Ovannisyan AÇIQLADI

“Müharibədən sonra “Türklərsiz Ermənistan” şüarı ilə silahlanmış erməni müxalifəti Nikol Paşinyanı vəzifəsindən uzaqlaşdırmaq niyyətində idi. İndi Nikol “Russuz Ermənistan” şüarını qəbul edərək hakimiyyətdə qalmaq istəyir”.

Musavat.com xəbər verir ki, bu sözlər erməni analitik, “Alternativ layihələr” qrupunun üzvü Vahe Ovannisyanın yazısında yer alıb.

“Tariximiz boyu biz Ermənistandan hansısa üçüncü “x” qüvvəsini çıxarmağa çalışmışıq, lakin həmişə eyni nəticə əldə edirik: “Ermənisiz Ermənistan”. Son dəfə də eyni məntiqi rəhbər tutduq və indi Qarabağ artıq bizdə deyil. Bütün dərdlərimizin səbəbi odur ki, biz mürəkkəb regionumuzda “ağılsız Ermənistan” məntiqi ilə yaşayırıq. Bir faciədən digərinə. Biz nəinki nəticə çıxarmırıq, həm də axmaqlığımızı daha da təkmilləşdiririk”, - deyə Ovannisyan qeyd edib.

Musavat.com

06.03.2024 17:18
859