Adı məşhur türkiyəli müğənnisi Hadisə ilə eşq dedi-qodularına qarışan "Qalatasaray"ın baş məşqçisi Okan Buruk jurnalistlərin suallarından yayınıb.
Musavat.com baku.ws-ə istinadən bildirir ki, o, maşını ilə gəldiyi məkanın girişində jurnalistlərlə qarşılaşıb.
Son qalibiyyətlə bağlı sualı "hisslərimiz yaxşıdır" deyərək cavablandıran Buruk Hadisə ilə bağlı sualları cavabsız qoyub. Təcrübəli məşqçinin gümrah davranışı diqqət çəkib.
Qeyd edək ki, Qalatasaray"ın baş məşqçisi Okan Buruk ötən mövsümün ikinci yarısında həyat yoldaşından ayrılıb.