Aprelin 20-də Bursada həbsxana xidməti maşınına PUA ilə hücum təşkil edilən və 1 işçinin şəhid olduğu hadisənin failləri İzmirdə yaxalanıb.
Musavat.com xəbər verir ki, Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu "Şəhidimiz Cengiz Yiğitin qanı yerdə qalmadı", - deyə paylaşım edib.
İzmirdə keçirilən əməliyyatla əlaqədar Balıkəsirdə də bir hücrə evində əməliyyat keçirilib. Evdə əl istehsalı partlayıcı materiallaraşkar edilib. Bursada həbsxana əməkdaşlarını daşıyan xidməti avtomobilə qarşı törədilən partlayışda istifadə edilən PUA-ların məhz bu hücrə evində hazırlandığı güman edilir.
Musavat.com
Cengiz Yiğit