BURAY sevənlərə ŞAD XƏBƏR – İLK DƏFƏ AZƏRBAYCANDA

Türkiyənin məhşur pop ifaçısı Buray Azərbaycana gəlir.

Pop ulduzu Bakıda ilk dəfə çıxış edəcək.

EVENTS WORLD-un təşkilatçılığı ilə baş tutacaq konsertdə “Sen sevdamısın”, “Aşk mı lazım”, “İstersen”, “Senin yüzünden”, “Mecnun” və digər dillərə əzbər ifaları ilə sevilən Türkiyənin məşhur pop ifaçısı Buray 8 Aprel tarixində Bakı Konqres Mərkəzinin səhnəsində möhtəşəm və unudulmaz konsert proqramı ilə sevənlərinin qarşısında olacaq.

Həmçinin məlumat üçün qeyd edək ki, 8 mart Beynəlxalq Qadınlar gününə özəl 5-6-7-8 mart tarixlərində məşhur pop ulduzunun konsertinə biletləri 15 faiz endirimlə əldə edə bilərsiniz!

Biletləri Iticket.az saytından və şəhərin kassalarından əldə edə bilərsiniz.

04.03.2023 12:25
337