Türkiyəli aktyor Burak Özçivitlə bağlı növbəti iddia ortaya atılıb.
Sfera.az türk mediasına istinadən xəbər verir ki, sənətçinin sosial media hesabında reklam paylaşmaq üçün aldığı məbləğ açıqlanıb. İddialara görə, Burak 1 reklam üçün 2,7 milyon lirə (təxminən 170 min 320 manat) ödəniş alır.
Qeyd edək ki, Burak hazırda "Kuruluş Osman" serialında rol alır.