Burak Özçivit bu ərəb filmində çəkiləcək

Məşhur aktyor Burak Özçivit yeni filmdə rol alacaq.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, yeni şirkətlə müqavilə imzalayan aktyor “Mahmool Makfool” adlı ekran işində çəkiləcək. Filmin Dubaylı prodüseri Vesam Kattan, türkiyəli prodüseri isə Tayfur Aydındır.

Sujet xəttində 3 dubaylı qadının Burak Özçivitlə tanış olmaq üçün Türkiyəyə gəlməsindən bəhs ediləcək.

Layihədə Levent Can, Melih Özkaya, Hazal Filiz Küçükköse kimi aktyorlar da yer alacaqlar.

Filmin rejissoru Karim Abouzeiddir.

19.08.2024 02:34
1369