"Bunu yalnız mən, Hüseyn Dərya və İbrahim Tatlısəs bacarıb" - VİDEO

Müğənni İzzət Bağırov "Efirdən kənar" verilişində qonaq olub.

İfaçı müsahibə əsnasında konsertlərindən danışıb. O, bu günə qədər Bakıda, Əl Oyunları Sarayında yalnız 3 konsertin anşlaqla keçdiyini söyləyib:

"Əl Oyunları Sarayında bu vaxta qədər cəmi 3 dəfə anşlaq olub. Bir mənim konsertimdə, digəri Hüseyn Dəryanın (mərhum reper - red.), bir də İbrahim Tatlısəsin (Türkiyəli müğənni - red.). Orada qırğın olub. Oranı hələ bu vaxta qədər heç kim tam doldura bilməyib. 2017-ci ilə qədər konsert vermişəm. Ondan sonra başım filmlərə başım qarışdı. Daha sonra da pandemiya oldu".  (Axşam.az)

16.02.2025 14:05
1501