Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki yaşayış evlərindən birinin həyətindən 1370 manat dəyərində inşaat materialları oğurlayan şəxs saxlanılıb.
Musavat.com xəbər verir ki, əməli törədən şəxsin zərərçəkmişin qardaşı, əvvəllər məhkum olunmuş Sadiq Zeynalov olduğu müəyyən edilib.
Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri digər tədbirlər nəticəsində isə rayon ərazisində yerləşən istirahət mərkəzlərindən birindən oğurluq edən Salam Əzizov saxlanılıb. Saxlanılan şəxsin sözügedən obyektin həyətindən ümumi dəyəri 5000 manat olan soyuducu, elektrik transformatoru və digər məişət avadanlıqları oğurladığı müəyyən edilib.
Faktlarla bağlı araşdırma aparılır.