“Buna görə neçə aydır ki, ət yemirəm” - Rahidə

Müğənni Rahidə Baxışova çəkisinin artdığını və yuxusuzluqdan əziyyət çəkdiyini açıqlayıb.

Bu haqda sənətçi “Xəzər axşamı” verilişində danışıb.

Rahidə bildirib ki, bu problemləri aradan qaldırmaq üçün o yenidən idmana başlayıb:

“Mart ayından əvvəl çəkim artdı. Normal çəkim 56-57 kiloqramdır. Çəkim artandan sonra bir neçə ay əvvəl geyindiyim libaslar əynimə gəlmir. Ondan sonra rasionumdan bəzi qidaları çıxartdım. Misal üçün hazırda ət yemirəm. Dana və quzu əti, çörək, şokolad, tort yemirəm. Əslində bu sadaladığım qidaları çox sevirəm. Amma artıq neçə aydır ki, onları yemirəm. Əvvəllər idman zalına gedib, məşq edirdim. Sonra evdə idman eləməyə başladım. Arıqlamağım üzümdən hiss olunur. Üzüm hər zaman incə olub. Son vaxtlar yuxu problem yaşayıram. Normal yatmıram. Yuxu rejimimi qaydasına salmaq üçün idmana gedirəm”.   (Olay)

19.04.2025 16:16
6095