Türk sənət musiqisinin “divası” Bülent Ersoy ötən gün Bodrumda Yalıkavakda pərəstişkarları ilə görüşüb.
Musiqili gecədən əvvəl Bodrum Bələdiyyə Başçısı Tamer Mandalıncı konsert üçün etdiyi hazırlıqlarla sosial medianın gündəmini zəbt edib.
Ersoyun pərəstişkarı olduğu öyrənilən Mandalıncı "divanın" çıxış edəcəyi məkanın yerləşdiyi küçəni xüsusi olaraq onun üçün yuduzdurub.
Bodrumun susuzlaşma təhlükəsi ilə üzləşdiyi açıqlansa da, bələdiyyə sədrinin Ersoyun xüsusi bir küçə yuması qərarı sosial şəbəkə əhlinin tənqidinə səbəb olub./ OLAY