Bugün dəhşətli qəzaya düşənlər Diksiya Akademiyası MMC-nin təsisçisi, direktoru, aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlunun yaxın qohumları imiş.
Milli.Az xəbər verir ki, bu barədə aparıcı özü "Facebook" səhifəsində paylaşım edib.
"Konserv qutusuna çevrilmiş bu maşında mənim qardaşlarım, anam, gəlinlərimiz vardı. Bu gün bayramı qeyd etmək üçün bizə qonaq gəlirdilər. Şükür, heç bir xəsarət almadan avtomobildən çıxarıldılar. Allahın möcüzəsi böyükdür", deyə o, qeyd edib.