Musavat.com xəbər verir ki, Budapeştdə Ermənistan baş naziri Nikol Paşinyan və Fransa prezidenti Emmanuel Makron arasında görüş keçirilib.
Ermənistan hökumətinin məlumatına görə, tərəflər Ermənistan-Fransa əməkdaşlığı ilə bağlı məsələləri müzakirə ediblər.
Detal üçün bildirək ki, görüş Budapeştdə keçirilən “Demokratiya Sammiti” çərçivəsində baş tutub.
Paşinyan və Makron yüksək səviyyəli görüşlərin periodik xarakter daşımasının, iki ölkə arasında həm ikitərəfli məsələlərin, həm də qarşılıqlı maraq doğuran mövzuların müzakirəsinə imkan yaratdığını vurğulayıblar. Görüşdə iqtisadiyyat, infrastruktur və digər sahələrdə birgə proqramlar və layihələr müzakirə edilib. Həmçinin, Ermənistan-Avropa İttifaqı əməkdaşlığı çərçivəsində həyata keçirilən islahatlar və viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlar aparılıb.
Tərəflər eyni zamanda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə dair fikir mübadiləsi aparıblar. Paşinyan görüşdə Ermənistanın “sülh gündəmi”nə sadiq qaldığını və regional təhlükəsizlik və sabitliyin təmin edilməsi istiqamətində addımlar atmağa hazır olduğunu bildirib.
Musavat.com -un şərhi: Bu görüş Azərbaycan üçün müəyyən narahatlıq doğurur. Fransa prezidentinin Ermənistanla yüksək səviyyəli görüşlərdə davamlı olaraq iştirak etməsi, Paşinyanı qucaqlayıb, qızışdırması, Ermənistanın silahıanmasına dəstək verməsi Cənubi Qafqazda sabitlikdən çox, gərginlik yarada biləcək addım kimi qiymətləndirilə bilər. Fransa tərəfinin Ermənistanı dəstəkləyərkən regional balansı nəzərə almaması, Azərbaycan-Ermənistan sülh prosesinə qeyri-obyektiv yanaşmaların davam etdirilməsi sülh prosesinə maneə yaradır. Bu kimi addımlar Ermənistanı “sülh” adı altında yeni güvənli mövqelər qazanmağa təşviq edir və bölgədə həqiqi sülhə çatmaq üçün aparılan səylərə əngəl törədə bilər.
Musavat.com