“Bu yürüş insanların qəlbindəki hər cür iztirab və zillətdən qurtulmaq, özünü təmizləmək, özünü tanımaq, özünə hörmət qazanmaq üçün bir hərəkatdır”.
Musavat.com xəbər verir ki, bunu Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, təxribatçı Baqrat Qalstanyan deyib.
“Kim öz xalqını sözlə, tarix kitablarını oxumaqla deyil, dərindən tanıyırsa, bu cür hərəkət edər. Bu yürüş bizim üçün qələbə olacaq, özümüzü saflaşdırma yürüşümüzə çevriləcək. Bu, gözləntisiz yürüşdür”, - deyə Qalstanyan söyləyib.
Qalstanyana görə, sən demə, müharibənin çağırışçısı deyilmiş.
“Savaşı bizim başımıza iqtidar gətirdi, ölkə daxilində baş verəcəklər xarici qüvvələrin və düşmənlərin işi deyil, onların əsas məsuliyyətidir. Əgər səni qoruya bilmirlərsə, onda özün nəticə çıxar,” - deyə təxribatçı keşiş bildirib.
Musavat.com