Bu yolda sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!

Yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Musavat.com xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, bütün məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub.

08.04.2024 10:39
887