Bu yağın satışı hər yerdə QADAĞAN EDİLDİ - İnanılmaz zərərləri ortaya çıxdı

Belqorod vilayətində (RF) istehsal olunan təmizlənməmiş günəbaxan yağı "Sloboda"nın dövlət standartına uyğun olmadığı ortaya çıxıb. 

Yağın Rusiya məhsullarının Gömrük İttifaqının "Qida məhsullarının təhlükəsizliyi haqqında", "Yağ və yağ məhsulları üçün texniki reqlamentlər", GOST 1129-2013 "Günəbaxan yağı" texniki reqlamentinin tələblərinə cavab vermədiyi məlum olub.

"Zəif təmizlənmiş və köhnəlmiş yağda daha çox peroksid var. Peroksidin sayı nə qədər yüksək olarsa, yağ işıqda bir o qədər uzun müddət saxlanılar. Mümkündür ki, yağ keyfiyyətsiz xammaldan, xarab günəbaxan tumlarından hazırlanıb", - "Roskontrol" göstəricinin dəyəri barədə bildirib.

Gömrük İttifaqının qaydalarına uyğunsuzluq fonunda "Sloboda"nın ölkədə satışı sentyabrın 23-dən qadağan edilib. (moderator.az)

29.09.2024 22:30
6559