Bu vitamin D-lərdə uyğunsuzluq aşkarlandı- Foto

“Healty Life” MMC-nin və “Caspi Pharm” MMC-nin Türkiyədən idxal etdiyi bioloji aktiv qida məhsul partiyalarının normativ sənədlərin tələblərinə cavab vermədiyi məlum olub.

Musavat.com xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Qeyd olunan bioloji aktiv qida məhsulu partiyaları aşağıdakılardır:

1. "Healty Life" MMC-nin idxal etdiyi “Pharmanor İlaç San.Tıc. Ltd.Ştı” müəssisəsinə məxsus 01.02.2024 - 01.02.2027-ci il istehsal və son istifadə tarixli, DNT07 partiya nömrəli ümumi sayı 4500 ədəd “Depovit New, daxilə qəbul üçün məhlul-damcı, 5 ml, flakonda №4” əmtəə nişanlı bioloji aktiv qida məhsulu;

2. "Healty Life" MMC-nin idxal etdiyi “Pharma Standart İlaç Medikal Kozmetik Gıda Sanayi Ticaret Limited Şirketi” müəssisəsinə məxsus 01.12.2023-01.12.2026-cı il istehsal və son istifadə tarixli, ST03 partiya nömrəli ümumi sayı 4500 ədəd “Desol-D3+, daxilə qəbul üçün məhlul-damcı, 5 ml şüşə flakonda №4” əmtəə nişanlı bioloji aktiv qida məhsulu;

3. "Caspi Pharm" MMC-nin idxal etdiyi “Unirex Healthcare Sağlık Sanayi ve Dış Ticaret Limited Şirketi” müəssisəsinə məxsus 01.01.2024-01.01.2027-ci il istehsal və son istifadə tarixli, TM240101 partiya nömrəli ümumi sayı 2000 ədəd “Tiger Man, tablet №10” əmtəə nişanlı bioloji aktiv qida məhsulu.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək məhsul partiyaları məhv edilib.


09.10.2024 16:19
928