Bu universitetə yeni rektor əvəzi təyin olundu - FOTO

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olunub.

Bu barədə məlumatı Musavat.com-a Dövlət Agentliyi təsdiqləyib.

Qeyd edək ki, bundan öncə Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Eyvaz oğlu Əzizov idi. Prezident İlham Əliyev müvafiq Sərəncamı ilə o, ADNSU-ya rektor təyin olunub.

12.02.2025 19:41
1526