Bu, Türkiyə və Azərbaycanın maraqlarına ziddir - Ağacanyan 

“Avropa heç vaxt Ermənistanın real iqtisadi inkişafı üçün addımlar atmayacaq, çünki bu, Aİ-nin bu regionda prioritet tərəfdaşları hesab etdiyi Türkiyə və Azərbaycanın maraqlarına ziddir”.

Musavat.com xəbər verir ki, bunu Ermənistanın keçmiş səfiri Dzünik Ağacanyan deyib.

“Avropanın Ermənistan iqtisadiyyatının inkişafına töhfəsi Türkiyə və Azərbaycana qarşı addım deməkdir, çünki Ankara və Bakı Ermənistanın istənilən güclənməsini qəbuledilməz hesab edirlər”, - deyə Ağacanyan bildirib.

Onun sözlərinə görə, Qərb müəyyən mərhələdə Ermənistan tərəfində nikbin gözləntilər yaradan vədlər verə bilərdi, lakin Ankara və Bakının reaksiyası fonunda bu vədlər yerinə yetirilmədi.

Musavat.com

08.04.2024 15:18
1693