Bu türk dövlətinin elektronika məhsulları 62 ölkəyə ixrac olunur

Son üç ildə Özbəkistanın elektrik məhsullarının ixrac olunduğu ölkələrin sayı iki dəfə artaraq 62-yə çatıb.

Musavat.com xəbər verir ki, bu barədə Özbəkistan prezidenti Şavkat Mirziyoyevin mətbuat katibi Şerzod Əsədov məlumat açıqlayıb.

Bu gün Daşkənddə Mirziyoyevin sədrliyi ilə elektrotexnika sahəsində istehsal, ixrac və investisiyaların artırılması məsələləri ilə bağlı iclas keçirilib. İclasda bu sahədə fəaliyyət göstərən 100-dən çox sahibkar iştirak edib.

Ş.Mirziyoyev qeyd edib ki, yaradılan imkanlar sayəsində son 7 ildə elektronika istehsalı sənayesinə 1 milyard dollar sərmayə qoyulub, nəticədə 762 yeni müəssisə fəaliyyətə başlayıb, 45 növdə yeni məhsul istehsalı mənimsənilib.

Ş.Əsədovun sözlərinə görə, 7 il ərzində elektronika sektorunda istehsalın həcmi 1,8 dəfə, illik gəlirləri 100 milyard rubldan çox olan müəssisələrin sayı 6-dan 25-ə, onlardan büdcəyə daxilolmalar isə 8 dəfə artıb.

 

Musavat.com

05.09.2024 21:37
840