"Bu tərbiyəsizlikləri efirdən yığışdırmaq lazımdır"

"Böyük tərbiyəsizlik baş alıb gedir. İnsanlarda sənət adamlarına inamsızlıq yaranıb. Sənət adamları həmişə hörmətli olub. Bir qrup sənətçi düşüb ortaya. İstədiklərini təhqir edirlər. Efirdə özlərini tərbiyəsiz kimi aparırlar. Müğənnilərin bu çıxışları gənclərə təsir edir".

Bu sözləri aparıcı Elgiz Əkbər öz verilişində deyib.

O, son vaxtlar şou-biznesdə yaşanan qalmaqallardan danışıb:

"Tərbiyəsizliklər yığışdırılmalıdır. İnsanın şərəf və ləyaqətini alçaltmaq üçün hərəkətlər edilir. Pul hesabına ətrafına adam yığırlar. Mənə də zəng ediblər ki, biz qruplaşma yaradırıq, kimin tərəfindəsən? Belə hallar yaşanır sənət aləmində".//Axşam.az

10.12.2023 08:00
5602