“Bu, Tanrıya qarşı ağır təhqirdir” - Papa Fransisk

Papa Fransisk Vatikanda Rusiyaya müraciət ünvanlayıb.

Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, Moskvanı taxıl müqaviləsini yeniləməyə çağırıb.

“Biz hər şeyi, o cümlədən taxılı məhv edən müharibədə Ukrayna üçün dua etməyi dayandırmırıq. Bu, Tanrıya qarşı ağır təhqirdir, çünki taxıl onun bəşəriyyəti qidalandırmaq üçün bəxş etdiyi nemətdir. Aclıqdan əziyyət çəkən bacı-qardaşların fəryadı göylərə ucalır”, - deyə Papa bildirib.

30.07.2023 22:13
884