"Bu sözlərimi kəsmədən yayımlayın" deyən qız dediklərinə görə həbs edildi - VİDEO

Türkiyədə İnstaqramın bağlanmasına etiraz edən gənc xalqı və dövlət başçısını təhqir etdiyinə görə saxlanılıb.

Instaqramın bağlanması ilə bağlı küçə sorğusunda iştirak edərkən xalqı axmaq adlandıran D.K adlı qadın dediyi sözlərə görə sərt şəkildə cəzalandırılıb.

"Elin ərəbi ölüb deyə mənim ölkəm niyə yas tutmalıdır? Xalq axmaqdır, zəka yoxsuludur. Prezidenti Allahdan üstün tutduğunuz, ona sitayiş etdiyiniz üçün hamınız axmaqsınız. Bu sözlərimin kəsilməsini istəmirəm" , - deyə qız açıqlamasında söyləyib.

Polis tərəfindən saxlanılan D.K məhkəmənin qərarı ilə "Ölkə başçısını təhqir" və xalqı düşmənçiliyə təhrik etmə" maddəsi ilə həbs edilib.

Qeyd edək ki, Həmas liderinin ölümünə verilən başsağlıqlarına görə Türkiyədə instaqrama giriş məhdudlaşdırılmışdı./Milli.Az/

13.08.2024 17:21
1966