Bu şəxslərə ŞAD XƏBƏR: 50 manat ARTIRILIR

Növbəti ildən yaşa görə pensiyanın orta məbləği 50 manat artaraq 516 manata qalxacaq.

Musavat.com Modern.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

"Əlilliyə görə pensiyanın orta aylıq məbləği cari ilin sonuna gözlənilən 367 manatdan 43 manat artaraq 410 manata, ailə başçısını itirməyə görə pensiyanın orta aylıq məbləğinin isə 454 manata yüksəlməsi proqnozlaşdırılır", - komitə sədri əlavə edib.

13.11.2024 14:39
27476