Azərbaycanla Kamboca arasında diplomatik pasportlara malik şəxslər üçün viza tələbi aradan qaldırılıb.
Musavat.com-un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanunu təsdiqləyib.