Bu səhifələr aldadır, kart məlumatlarını mənimsəyir - ADY

Sosial mediada ADY (Azərbaycan Dəmir Yolları) Kart adı altında saxta səhifələr açılıb.

Bu barədə Musavat.com-a Azərbaycan Dəmir Yolları QSC-dən (ADY) bildirilib.

Qeyd edilir ki, bu səhifələr “il ərzində məhdudiyyətsiz səyahət təklifi ilə ilkin satış qiymətinə smart kart” kimi yalan məlumatlar yayaraq istifadəçiləri aldadır və bank kartı məlumatlarını mənimsəyir.

“Təhlükəsizliyinizi qoruyun: ADY-nin rəsmi səhifələrini izlədiyinizə əmin olun. Şəxsi məlumatlarınızı paylaşmadan əvvəl səhifənin etibarlılığını yoxlayın. Yalnız rəsmi mənbələrdən məlumat əldə edin. Kibercinayətkarlığa qarşı birgə mübarizə aparaq. Şübhəli hallarla qarşılaşdıqda dərhal aidiyyəti qurumlarla əlaqə saxlayın və bank məlumatlarınızı heç kimlə paylaşmayın”, - ADY-dən bildirib.

Musavat.com

02.11.2024 21:39
1059