Bu şəhərdə göyərçinlərə dən atanlar 12,8 min dollar CƏRİMƏLƏNİR

Honkonq hakimiyyəti sentyabr ayından şəhər sakinlərini, həmçinin qonaqları göyərçinləri və digər vəhşi heyvanları yemlədiklərinə görə cərimələməyə başlayıb.

Musavat.com TASS-a istinadən xəbər verir ki, cərimə 100 min Honkonq dollarına (təxminən 12,8 min dollar) qədər olacaq.

Avqustun 1-dən Honkonqda vəhşi heyvanlara yem atılmasına görə cəzalar on dəfə sərtləşdirilib.

Cərimə 10 mindən 100 min Honkonq dollarına (1,28-dən 12,8 min dollara) yüksəldilib. Eyni zamanda heyvanlar siyahısına meymun və çöl donuzlarından başqa küçə göyərçinləri də daxil edilib. Bu halda, davamlı qanun pozucuları bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə də cəzalandırıla bilər.

Cərimə qüvvəyə minənə qədər bir ay - avqustun 31-dək sınaq müddəti olub: bu müddət ərzində asayiş keşikçiləri ilkin olaraq yalnız şifahi xəbərdarlıqlar ediblər. Sentyabrın 1-dən qanunu pozanlara dərhal 5 min Honkonq dolları (təxminən 641 dollar) məbləğində birdəfəlik cərimə tətbiq olunacaq.

Honkonq hökumətinin Kənd Təsərrüfatı, Balıqçılıq və Mühafizə Departamentinin məlumatına görə, yeni tədbirlər vəhşi heyvanların yemlənməsinin daha da məhdudlaşdırılması, eləcə də ekoloji tarazlığın qorunması məqsədi daşıyır. Departament əhali və turistlər arasında vəhşi heyvanların və küçə göyərçinlərinin bəslənməsinin fəsadları, yeni cəzalar barədə məlumatlandırmaq məqsədilə xüsusi kampaniyaya başlayıb.

Musavat.com

08.09.2024 23:09
944