Bu sahibkarlar cərimələnəcəklər - AQTA sədri AÇIQLADI 

Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri sisteminin (HACCP) məcburi tətbiqinə dair texniki normativ hüquqi akt layihəsi hazırlanıb.

Musavat.com-un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli "Qida təhlükəsizliyi haqqında" Qanunun icrası ilə əlaqədar 2023-cü ilin 6 ayı ərzində görülmüş tədbirlərə dair keçirilən mətbuat konfransında bildirib.

Q.Təhməzli deyib ki, istehsal və emal fəaliyyətini həyata keçirən iri sahibkarlıq subyektləri "Qida təhlükəsizliyi haqqında" Qanun qüvvəyə mindikdən 2 il, kiçik və orta sahibkarlıq subyektləri 4 il, mikro sahibkarlıq subyektləri isə 6 il sonra HACCP sistemini tətbiq etməlidirlər.

AQTA sədri vurğulayıb ki, iri sahibkarlıq subyektləri 2 il ərzində HACCP sisteminin tətbiqini başa çatdırmalıdırlar: "Bu müddətdən sonra yoxlamalar HACCP prinsipləri əsasında hazırlanmış yoxlama sualları əsasında aparılacaq və bu sistemin tətbiq olunmaması ciddi nöqsan kimi qəbul ediləcək".

Afaq Mirayiq,
Musavat.com

12.07.2023 12:05
347