Bu qadınla yemək yeməyin saatı 1 milyon lirədir

Məşhur aktrisa Məryəm Üzerli son günlərdə qatıldığı şam yeməyi ilə Türkiyə mediasında gündəm olub.

Musavat.com sağlamolun-a istinadla bildirir ki, bu barədə "TV8" də yayımlanan "Aramızda kalmasın" verlişində məlumat verilib.

Belə ki, Məryəmin pərəstişkarı olan Ər-Riyadlı bir ailə onu 4 saatlıq nahara dəvət edib.

Təklifi dəyərləndirən aktrisa 4 saata nə az, nə çox 4 milyon TL (315218 AZN) istəyib.

Beləliklə, Məryəm qatıldığı şam yeməyindən 4 milyon lirə ilə ayrılıb.

Hadisə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Qeyd edək ki, Üzerli "Muhteşem Yüzyıl" serialında Hürrəm Sultan obrazı ilə məşhurlaşıb. Serial dünyanın 55 ölkəsində nümayiş olunub.

11.04.2024 21:38
1645