Bu prospektə giriş məhdudlaşdırılacaq

"Formula 1" Azərbaycan Qran Prisi 2024-ə hazırlıq çərçivəsində gedən işlərə görə daha bir yol bağlanacaq.

Musavat.com xəbər verir ki, körpü quraşdırma işləri səbəbi ilə bu gün 23:59-dan avqustun 23-ü saat 05:45-ə qədər "Neftçilər" prospektinə giriş məhdudlaşdırılacaq.

Qeyd edək ki, "Formula 1" Azərbaycan Qran-Prisi 2024-cü il, 13-15 sentyabr tarixlərində keçiriləcək.

22.08.2024 20:09
619