Bu ölkənin vitse-prezidenti təyyarə qəzasında ÖLDÜ

Malavinin vitse-prezidenti təyyarə qəzasında həlak olub.

Musavat.com “France Presse”ə istinadən xəbər verir ki, Malavinin vitse-prezidenti Saulos Çilimanı və onu müşayiət edən 9 nəfəri daşıyan təyyarənin qalıqları tapılıb.

Qəzanın baş verdiyi ərazidən fotolar yayımlanıb.

Qeyd edək ki, ötən gün Malavi vitse-prezidenti və daha 9 nəfərin olduğu təyyarə radardan itmişdi.

Bu barədə BBC ofisin bəyanatına istinadən məlumat yayıb.

Bildirilmişdi ki, Malavi Müdafiə Qüvvələrinə məxsus təyyarə paytaxt Lilonqveni tərk etdikdən sonra radardan itib.

Musavat.com

 

11.06.2024 14:21
863