Çin Xalq Bankı gözlənilmədən bir illik kreditlər üçün baza kredit dərəcəsini (LPR) 10 baza bəndi - illik 3,45 faizdən 3,35 faizə endirib.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, ipoteka bazarı üçün etalon olan beş illik kreditlər üzrə faiz dərəcəsi 3,95 faizdən 3,85faizə qədər azaldılıb.
Hər iki dərəcə rekord səviyyədə aşağıdır. Trading Economicsin analitikləri dəyişiklik gözləmirdilər.
Bundan əlavə, Çin Mərkəzi Bankı təxminən bir ildə ilk dəfə yeddi günlük repo əməliyyatları üzrə dərəcəsini 1,8 faizdən 1,7 faizə endirib. Faizlərin azaldılması qərarının "iqtisadiyyat üçün maliyyə dəstəyini artırmaq" məqsədi ilə izah edilib.
LPR 2019-cu ilin avqustunda Çin Mərkəzi Bankı faiz dərəcəsi islahatını həyata keçirdikdən sonra meyar olub. 2020-ci ildən başlayaraq, MBK banklardan yeni kreditlər üzrə dərəcələri müəyyən edərkən xüsusi olaraq LPR-ə diqqət yetirməyi tələb edir. Beş illik dərəcə birbaşa ipoteka kreditlərinin dəyərinə, illik dərəcəsinə - bütün digərlərinə təsir göstərir.
Bloomberg daha əvvəl bildirmişdi ki, yeddi günlük repo əməliyyatları üzrə məzənnə gələcəkdə daha qısamüddətli faizlərə diqqət yetirmək istəyən MBK üçün əsas ola bilər.
Musavat.com