Almaniya Niderland və Danimarka ilə birlikdə Ukraynaya daha 77 “Leopard 1A5” tankı təhvil verməyi planlaşdırır.
Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.
Nazirin sözlərinə görə, Almaniya Ukraynaya dəyəri 150 milyon avro olan 12 ədəd “Panzerhaubitze 2000” özüyeriyən artilleriya qurğusunu bu il, altısını isə gələn il tədarük edəcək.
Kanada isə raket mühərrikləri və 1300 döyüş başlığını Kiyevə təhvil verəcək.
Musavat.com