İLK yayım saatı: 24 avqust, 16:20
İngiltərə və Fransa 1940-cı ildə Bakıdakı neft mədənlərini bombalamaq istəyib.
Bu, Rusiya Prezident Kitabxanası tərəfindən nəşr olunan Rusiya Dövlət Hərbi Arxivinin sənədlərindən aydın olur.
Həmin sənədlərə görə, hər iki ölkə 1940-cı ildə Bakıdakı neft mədənlərini bombalamaqla SSRİ-ni diz çökdürmək və son nəticədə onun dağılmasına nail olmağı planlaşdırıb.
İngiltərə və Fransa SSRİ-yə zərbə endirmək üçün Finlandiyanı da təhrik ediblər. Onlar Finlandiyanı Leninqrad, Kronştadt və Murmanskda planlaşdırılmış reydlər üçün aktiv şəkildə silahla təmin ediblər. (sfera.az)