"Xarici investorların cəlb olunması üçün fəal iş aparırıq. Xüsusilə, dost ölkələr olan İsrail, Macarıstandan bu sahəyə maraq var".
Musavat.com-un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Taxılçılar Assosiasiyasının İdarə heyətinin sədri Niyazi Əmirbəyov deyib.
Onun sözlərinə görə, hələ ki, investisiyaların həcmi ilə bağlı dəqiq rəqəm səsləndirmək mümkün deyil:
"Danışıqlar davam edir. Dövlətin siyasəti də daha çox investor cəlb etmək istiqamətindədir. İnvestisiyalar kənd təsərrüfatının, demək olar ki, bütün sahələrini - becərilmə, toxum emalı, heyvandarlıq və s. əhatə edir".
Nigar HƏSƏNLİ,
Musavat.com