Bu ölkədən İsrailə BÖYÜK DƏSTƏK - İranın hücumunu dəf etmək üçün...

İordaniya İran tərəfindən cavab hücumu olacağı halda zərbələri dəf etmək üçün İsrailə öz hava məkanından istifadə etməyə icazə verəcək.

Musavat.com xəbər verir ki, bu barədə İsrailin “Kanal 12” televiziyası İordaniyanın yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.

İordaniyanın xarici işlər naziri Ayman Safadi daha öncə “Əl-Ərəbiyyə” kanalına bildirib ki, ölkəsi İran və İsrailin İordaniyanın hava məkanını pozmasına icazə verməyəcək.

Musavat.com

11.08.2024 15:33
1084