Qabonun xarici işlər naziri Michael Moussa Adamo iclas zamanı ürək tutmasından dünyasını dəyişib.
Musavat.com xəbər verir ki, Qabondan verilən açıqlamaya görə, ölkənin xarici işlər naziri Michael Moussa Adamo Nazirlər Kabinetinin iclası zamanı qəfildən halı pisləşib.
Tibbi yardımların dərhal müdaxiləsinə baxmayaraq, xilası mümkün olmayan xarici işlər naziri dünyasını dəyişib.
Adamonun infarktdan öldüyü açıqlanıb.
Qeyd edək ki, Qabonun xarici işlər naziri Michael Moussa Adamo ən son 1 yanvar 2023-cü ildə Braziliyada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb və iki ölkə arasında əməkdaşlıq müzakirə olunub.
Musavat.com