Bu ölkədə müdafiə naziri ağır YARALANDI

Xorvatiyanın müdafiə naziri Mario Banoziç ölkənin şərqində yol qəzasına düşüb və ağır yaralanıb.

Bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində 1 nəfər ölüb. Onun nazirliyin əməkdaşı olub-olmadığı məlum deyil.

Həkimlərin sözlərinə görə, 44 yaşlı nazirin həyatı üçün təhlükə yoxdur: “O, kəllə-beyin travması alıb, amma huşu yerindədir”.

Nazirliyin hadisə ilə bağlı yaydığı açıqlamada araşdırmanın apardıldığı qeyd olunub.

Hadisənin səbəbi hələ ki, məlum deyil.//Report

11.11.2023 20:10
1059