Bu ölkədə güclü zəlzələ oldu

Tacikistanda 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Oxu24.com xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.

“Zəlzələnin enerji sinfi 11,6 baldır. Maqnituda MPV 5.2”, - nəşr yazır.

Bildirilir ki, seysmik hadisənin episentri Tacikistanın Alma-Ata şəhərindən 621 km cənub-qərbdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Bundan əvvəl Kuril adaları yaxınlığında 4,8 bal gücündə, Ust-Kamçatskdan 195 km cənub-qərbdə Sakit okeanda isə 4,9 bal gücündə daha bir zəlzələnin baş verdiyi bildirilirdi. Bundan başqa, Dağıstanda 4,8 bal gücündə zəlzələ baş verib.

Oktyabrın 24-də Rusiya hökumətinin oktyabrın əvvəlində bir neçə güclü zəlzələnin baş verdiyi Əfqanıstan xalqına humanitar yardım göndərməyə hazırlaşdığı bildirilirdi.

25.10.2023 21:04
737