Bu ölkədə GÜCLÜ ZƏLZƏLƏ oldu - 6,4 BAL

Meksika sahillərində 6,4 maqnitudada zəlzələ baş verib.

Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri 14,6 min nəfərin yaşadığı Syudad Hidalqo şəhərindən 34 km cənub-qərbdə olub. Zəlzələ ocağı 75 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.//Report

12.05.2024 19:21
1339