Çinli seysmoloqlar Çin və ətraf bölgələrdə zəlzələlərin baş vermə ehtimalı ilə bağlı xəbərdarlıq edib.
Bu barədə "South China Morning Post" qəzeti məlumat yayıb.
Məlumatda qeyd edilir ki, son həftələrdə qeyri-sabit tektonik vəziyyət müşahidə olunur və bu, güclü zəlzələlərə səbəb ola bilər.
Bu xəbərdarlıq, regionda daha güclü monitorinq və mümkün fövqəladə hallar üçün hazırlıqların görülməsinə səbəb olub. (Metbuat.az)