Rumıniyanın şərqində leysan yağışlar nəticəsində yaranan sel 5 nəfərin həyatına son qoyub.
Musavat.com xarici mətbuatın yaydığı məlumata istinadən xəbər verir ki, xilasetmə xidmətləri təbii fəlakətdən zərər çəkmiş Şərqi Qalati və Vaslui rayonlarında 95 nəfəri xilas etməyə çalışıb.
Rumıniya Fövqəladə Hallar Nazirlinin məlumatına görə, Peçea, Draquseni, Kostas Neqri və Korod qəsəbələrində üç yaşlı qadın və iki kişinin cəsədi tapılıb.
Axtarış-xilasetmə əməliyyatlarına kömək etmək üçün Qalatıya Black Hawk helikopteri göndərilib.
Fırtına Rumıniyanın 8 əyalətində 19 yaşayış məntəqəsini vurub. Güclü külək onlarla ağacı aşırıb, avtomobillərə ziyan vurub, yolları və nəqliyyatı hərəkətini dayandırıb. Fırtınadan əvvəl səlahiyyətli qurumlar qasırğanın vuracağı ərazilərin sakinlərinə xəbərdarlıq edibmiş. Lakin daha çox yaşlı insanlar evlərini tərk etmək istəməyblər.
Musavat.com