Bu ölkədə edam cəzası ləğv edilir

Qana Respublikasında yeni qərar öz təsdiqini gözləyir.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Qana parlamenti ölüm hökmünün ləğvinin təsdiqlənməsi üçün prezident Nana Akufo-Addonun qərarını gözləyir.

qana.jpeg (86 KB)

Qeyd edək ki, ötən il 176 nəfərin edam cəzasına məhkum edildiyi ölkədə 1993-cü ildən bəri edam faktı reallaşmayıb. Qərar qüvvəyə minəcəyi andan etibarən Qana ölüm hökmünü ləğv edən 29-cu Afrika ölkəsi, dünyada isə bu qərarı qəbul edən 124-cü ölkə olacaq.

Musavat.com

26.07.2023 18:26
750