Polşanın cənubundakı mədənlərdə baş verən zəlzələ nəticəsində 27 şaxtaçı yerin altında qalıb.
Musavat.com xəbər verir ki, bu barədə PGG məlumat yayıb.
Məlumata görə, zəlzələ GMT vaxtı ilə saat 06:00 radələrində Rydutovi mədənində yerin təxminən 1200 metr dərinliyində baş verib. Həmin vaxt ərazidə 68 mədənçi olub, onlardan 41-i artıq səthə çıxarılıb. 15 şaxtaçı yaxınlıqdakı xəstəxanalara çatdırılsa da, hamısının vəziyyəti yaxşıdır. İndiyədək iki şaxtaçı ilə hələ də əlaqə saxlamaq mümkün olmayıb.
Hazırda hadisə yerində 10-dan çox xilasetmə qrupu işləyir.
Musavat.com