Bu ölkədə cinsiyyət dəyişdirmək QADAĞAN EDİLDİ

Rusiyada cinsiyyətin dəyişdirilməsini qadağan edən qanun layihəsi qəbul edilib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Dumanın sədri Vyaçeslav Volodin bu qərarın qəbulunun vətəndaşları və uşaqları qorumaq üçün qəbul edildiyini bildirib.

Qərara əsasən, ölkədə artıq cinsiyyətini dəyişmiş şəxslərə müxtəlif məhdudiyyətlər tətbiq edən qanun layihəsinə əsasən, həmin vətəndaşların nikahları etibarsız sayılacaq və onlar övladlığa götürə bilməyəcəklər.

Musavat.com

14.07.2023 17:30
723